Mobil telefon

3 HTC smartfonu buraxılacaq - VİDEO

23 Sentyabr 2017 07:51
0 Şərh     Baxış: 842
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"HTC" şirkəti 2017-ci ilin sonunadək "HTC Ocean Master", "Ocean Harmony" və "Ocean Lite" kod adı ilə daha üç smartfon modeli buraxmağı planlaşdırır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Ocean Master" və "Ocean Lite" modellərinin nümayişi noyabra, "Ocean Harmony" smartfonunun isə dekabra nəzərdə tutulur. Bundan başqa, modellərin texniki xüsusiyyətləri məlumdur.

Məlumata görə, "Ocean Master" smartfonu 6 düym diaqonallı ekran, 12 və 4 meqapikselli kamera, 4 və ya 6 giqabaytlıq operativ və 64 yaxud 128 giqabaytlıq quraşdırılmış yaddaş tutumu ilə təchiz ediləcək.  
"Ocean Lite" 5,2 düym diaqonallı displey, 4 giqabaytlıq operativ və 64 giqabaytlıq quraşdırılmış yaddaşa malik olacaq.  

"Ocean Harmony" isə 6 düym diaqonallı ekran, 4 giqabaytlıq operativ və 64 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz ediləcək.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

İlin sonunadək daha 3 "HTC" smartfonu buraxılacaq

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.