Mobil telefon

“iPhone X” və “iPhone 8” sınaq zamanı rəqiblərini üstələdi

21 Sentyabr 2017 08:25
0 Şərh     Baxış: 1 202
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"iPhone X" və "iPhone 8" smartfonlarının "Android" bazasında çalışan rəqiblərindən 2 dəfə çox məhsuldar olduğu müəyyənləşib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki,  "Apple"ın yeni smartfonlarda istifadə etdiyi "A11 Bionic" çipseti "Geekbench" testində əla nəticələr göstərib.  
 
Belə ki, "iPhone X" və "iPhone 8"in təknüvəli testində onların "Snapdragon 835" və "Exynos 8895" prosessorları ilə çalışan "Samsung Galaxy S8", "Note 8" kimi rəqiblərindən 2 dəfədən artıq güclü olduğu müəyyənləşib.
 
Çoxnüvəli testdə isə "iPhone"ların nəticələri rəqiblərlə müqayisədə 50%-dən yüksək olub. Ekspertlərin fikrincə, "A11 Bionic" cihazlarda quraşdırılmış qrafik və foto prosessorlar sayəsində "Apple" tarixinin ən optimallaşdırılmış çipi ola bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.