Mobil telefon

CCleaner "sındırıldı"

21 Sentyabr 2017 08:59
0 Şərh     Baxış: 1 203
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"CCleaner" proqramı haker hücumuna məruz qalıb. Hakerlər istifadəçilərin məlumatlarına müdaxilə edə biliblər.

Zərərverici kod "CCleaner 5.33.6162" (avqustun 15-də çıxarılıb) proqramının 32 bitlik versiyasında və "CCleaner Cloud 1.07.3191" (avqustun 24-də çıxarılıb) versiyasında aşkar edilib. 12 sentyabr tarixində proqramın bu versiyalarının səhv işləməsi məlum olub.

Milli.Az ICTnews-a istinadən bildirir ki, hər iki versiya təhlükəsizlik yeniləməsindən öncə kompüterin adını, IP ünvanını, quraşdırılmış proqram və şəbəkə adapterlərinin siyahısını ABŞ-da fəaliyyət göstərən xüsusi serverə göndərib.

Bu serverin fəaliyyəti sentyabrın 15-də hüquq-mühafizə orqanları tərəfindən dayandırılıb. Ehtimala görə, yoluxmuş versiyalar iki milyondan çox istifadəçi tərəfindən quraşdırılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.