Mobil telefon

Dördkameralı Huawei G10 hazırlanıb

21 Sentyabr 2017 08:41
0 Şərh     Baxış: 1 225
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin "Weibo" servisində istehsalçının rəsmən təqdim etmədiyi və buraxılışı hazırlanan "Huawei G10" və ya "Maimang 6" smartfonunun fotoşəkilləri yayılıb.   

Milli.Az ICTnews-a istinadən bildirir ki, foto qurğunun bütün üst paneli tutan ekran, arxa paneldə iki qoşa kamera və barmaq izi skaneri ilə təchiz ediləcəyini təsdiq edir. "Huawei" şirkətinin nümayəndələri artıq "Maimang 6" smartfonunun sentyabrın 22-də nümayiş etdiriləcəyini təsdiq ediblər. Çindən kənarda smartfonun "Huawei G10" adlanacağı gözlənilir.

Xatırladaq ki, bir neçə gün əvvəl model Çinin "TENAA" Telekommunikasiya Avadanlığının Sertifikatlaşdırılması Mərkəzinin saytında görünərək "RNE-AL00" markası ilə qeyd edilib. Smartfon tərəflərinin nisbəti 18:9 və minimal çərçivəli olmaqla üst paneli əhatə edən displeyə malikdir. Diaqonal 5,99 düym, təsvir ölçüsü Full HD+ (2160 x 1080 piksel) təşkil edir. İki qoşa kamera ilə təchiz edilən qurğunun əsas kamerası 16 və 2 meqapikselli, ön kamerası isə 13 və 2 meqapikselli moduldan ibarətdir.  

Məlumata görə, metal korpusa malik smartfonun arxa panelində barmaq izi skaneri quraşdırılıb. Aparat əsasını səkkiznüvəli "Kirin 659" prosessoru, 4 giqabaytlıq operativ və "microSD" formatlı yaddaş kartları ilə 256 giqabaytadək genişləndirmə imkanına malik 64 giqabaytlıq quraşdırılmış yaddaş təşkil edir.   

Akkumulyator tutumu 3240 milliamper/saata bərabər qurğu 2 SİM kartı, "4G LTE", "Wi-Fi" (802.11 b/g/n), "Bluetooth 4.2", "GPS" və "GLONASS" modullarını dəstəkləyir. "EMUI" interfeysli "Android 7.0 Nougat" əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfonun ölçüsü 156,2 x 75,2 x 7,5 mm, çəkisi 164 qram təşkil edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.