Mobil telefon

5G smartfonları satılacaq

21 Sentyabr 2017 08:31
0 Şərh     Baxış: 1 018
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qualcomm" şirkətinin baş direktoru Stiven Molenkofun fikrincə, 2019-su ildə "5G" rabitə texnologiyasını dəstəkləyən smartfonlar satışa çıxarılacaq.

Molenkof qeyd edib ki, hazırda internetə sürətli çıxışa tələbat artır və bu amil smartfon istehsalçılarını 2020-ci il deyil, artıq 2019-cu ildə "5G" dəstəkli yeni smartfonlar təqdim etməyə vadar edir.

"Biz 2019-cu ildə "5G" smartfonlarından istifadə edə biləcəyik. Əgər məndən bu barədə ötən il soruşsaydılar, düşünmədən deyərdim ki, "5G" smartfonları 2020-ci ildə təqdim ediləcək" - Frankfurtda keçirilən Beynəlxalq Avtomobil Salonunda "Qualcomm" şirkətinin baş direktoru deyib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Molenkofun sözlərinə görə, ABŞ, Yaponiya və Cənubi Koreyada bəzi operatorlar 2019-cu ildə "5G" texnologiyasının istifadəyə verilməsinə hazır olacaqlar. Ehtimal ki gələn il Çin provayderləri də bu sıraya qoşulacaq.

"Mən hesab edirəm ki, həmişəki kimi, Koreya, Yaponiya və ABŞ ilk pionerlərdən olacaq. Biz bütün bu adıçəkilən regionlarda tələbat artımını görəcəyik və bu o deməkdir ki, bir sıra operatorlar birinci ola və rəqiblərini geridə qoya bilərlər" - Molenkof deyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.