Mobil telefon

Yeni “Google” smartfonları təqdim olunacaq

19 Sentyabr 2017 08:11
0 Şərh     Baxış: 975
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Google" şirkəti rəsmi "YouTube" kanalında video dərc edərək yeni nəsil "Pixel" smartfonlarının təqdimat tarixini açıqlayıb.
Milli.Az ICTnews-a istinadən bildirir ki, videoçarx istifadəçilərin pis kamera, az yaddaş tutumu və zəif batareya ilə təchiz edilən smartfonlardan şikayətlərinə həsr edilib. Videonun sonunda tamaşaçılara "Smartfonu dəyişməyi düşünürsünüz? Xətdə qalın, daha ətraflı məlumat oktyabrın 4-də veriləcək" məlumatının yerləşdiyi sayta keçid almaq təklif olunur.

Bildirilir ki, söhbətin "Pixel 2" və "Pixel 2 XL" smartfon modellərinin təqdimatından getməsi ehtimal edilir. Tədbir reklam çarxında göstərilən suallara həsr olunacaq.

Xatırladaq ki, bundan əvvəl yayılan məlumatlarda "Pixel 2" smartfonunun "Full HD" təsvir ölçülü 4,97 düym diaqonallı ekran, 4 giqabaytlıq operativ, 64 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz ediləcəyi qeyd olunub. Öz növbəsində "Pixel 2 XL" modelinin "Quad HD" təsvir ölçülü 5,99 düym diaqonallı "OLED" displeyə, 4 giqabaytlıq operativ, 128 giqabaytlıq quraşdırılmış yaddaşa malik olacağı gözlənilir.

İyulun ortalarında internetdə "Pixel 2 XL" smartfonunun şəkilləri yayılıb. Şəkillərdən məlum olub ki, yeni smartfonda barmaq izi skaneri qurğunun arxa panelinin yuxarı hissəsində yerləşəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.