Mobil telefon

Samsung Galaxy Note 8 42 ölkədə satışa çıxarılıb

19 Sentyabr 2017 07:11
1 Şərh     Baxış: 1 267
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15 sentyabr tarixində "Samsung" şirkəti 23 avqustda təqdim edilmiş qabaqcıl "Galaxy Note 8" smartfonunun satışına başlayıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Note 8" qurğusu ABŞ, Kanada, Sinqapur, Koreya və Avropanın bir sıra ölkələri daxil olmaqla dünyanın 42 ölkəsində satışa çıxarılıb. "Samsung Galaxy Note 8" smartfonu 5 rəngdə (qara, qızılı, yasəmən-boz, göy və çəhrayı) təqdim edilib, amma hələlik sifariş üçün hər rəng əlçatan deyil. ABŞ-da "Galaxy Note 8"-in rabitə operatoru ilə müqaviləsiz qiyməti 930 dollar təşkil edir və tədarük dəstinə ya "Gear 360" kamerası, ya da 128 QB-lıq yaddaş kartı, simsiz enerjidoldurma qurğusu daxildir. Avropa bazarında "Note 8" qurğusunun qiyməti "Samsung DeX" birləşdirici stansiyası ilə birgə 999 avro təşkil edir.

Xatırladaq ki, "Galaxy Note 8" smartfonu kənar hissələri bükük olan 6,3 düymlük diaqonallı "Super AMOLED" ekranla təchiz edilib. ABŞ bazarı üçün nəzərdə tutulmuş "Note 8" qurğusu "Qualcomm Snapdragon 835" prosessoru ilə işləyir, lakin cihazın beynəlxalq versiyası "Exynos 8895" çipi ilə təchiz edilib. Əməli yaddaşın tutumu 6 QB, daxili yaddaş isə 64 QB təşkil edir. "Note 8" qurğusunda, həmçinin "microSD" yaddaş kartı üçün slot və 3,5 mm-lik slot nəzərdə tutulub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.