Mobil telefon

Bu il “Apple” 227,5 milyon smartfon satacaq

16 Sentyabr 2017 08:05
0 Şərh     Baxış: 951
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"TrendForce" şirkətinin analitikləri cari ilin nəticələrinə əsasən "iPhone" smartfonlarının satış proqnozunu açıqlayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, mənbə hesab edir ki, bu il "Apple" 227,5 milyon ədəd smartfon sata biləcək. Bu isə 2016-cı ildəki göstəricidən 5,6 faiz çoxdur.
 
Bununla belə, ümumilikdə smartfon bazarı 4,8 faiz artaraq 1,4 milyard cihaza çatacaq. Yəni "Apple"in artımı ümumilikdə bazarın artımını 1 faizlik bənddən artıq üstələyəcək.

Bundan başqa, analitiklər hesab edirlər ki, "iPhone X" smartfonunda üz tanıma funksiyasına aid olan 3D skaner olması bazarı daha da böyüdəcək. 2020-ci ildə belə texnologiyalar seqmenti 14 milyard dollara qədər artacaq. Ancaq bu ilin sonuna qədər bu bazarın həcmi cəmi 1,5 milyard dollara çatacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.