Mobil telefon

iOS 11 nə zaman istifadəyə veriləcək?

16 Sentyabr 2017 08:01
2 Şərh     Baxış: 906
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Apple" şirkəti "iOS 11" mobil əməliyyat sisteminin təqdimetmə tarixini açıqlayıb. ABŞ şirkətinin istehsalı olan mobil qurğuların istifadəçiləri 19 sentyabr 2017-ci ildən etibarən yeniləmələri pulsuz quraşdıra bilərlər.

"iOS 11" sistemində tamamilə yenilənmiş "App Store" mağazası, "sükan arxasında olanda məni narahat etmə" funksiyası və yenidən işlənmiş idarə mərkəzi əlçatan olacaq. Təkmilləşdirilmiş "Siri" köməkçisi səslə tərcümə etməyi və istifadəçi haqda informasiyadan başqa qurğularda istifadə etməyi öyrənəcək. "Apple Maps" xəritəsində ticarət mərkəzləri və aeroportların sxemləri öz əksini tapacaq.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Messages"də yaradılan məzmun "iCloud" "bulud" saxlanc sistemi vasitəsilə sinxronlaşdırılacaq (bütün mesajlar bütün qurğularda aktual olacaq). "Apple Pay" ödəmə xidməti "iMessage" vasitəsilə və "Touch ID" üzrə autentifikasiyadan keçməklə istifadəçidən istifadəçiyə pul göndərə biləcək.

"iOS 11" mobil sistemi "iPhone 5s", "iPad Air" və "iPad Pro", beşinci nəsil "iPad", "iPad mini" və həmçinin altıncı nəsil "iPod touch" qurğularını dəstəkləyir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.