Mobil telefon

iPhone tarixdə ən populyar smartfondur

14 Sentyabr 2017 08:11
0 Şərh     Baxış: 1 211
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Strategy Analytics" tədqiqat şirkəti "Apple" şirkətinin son 10 ildə ümumi məbləği 760 milyard dollara bərabər 1,2 milyard "iPhone" smartfon modeli satmasını açıqlayıb.

"ICTnews" Elektron Xəbər Xidməti "Macdigger" resursuna istinadən yazır ki, cari ilin birinci-ikinci rübündə ABŞ istehsalçısı 1,2 milyard "iPhone" satıb. Bu, dünyada və tarixdə ən populyar elektron istehlak qurğusudur.

"Strategy Analytics" direktoru Ken Hayers tədqiqatı şərh edərək bildirib ki, şirkətin mədaxili artmaqda davam edir və bizim proqnozlara görə, 2018-ci ilin sonunadək "iPhone" satış həcmi 1 trilyon təşkil edəcək dünyanın ilk smartfonu olacaq.

Tədqiqat şirkətinin baş analitiki İven Bu əlavə edib ki, "iPhone" Hindistan və Çin istisna olmaqla dünyada ən populyar smartfon olaraq qalır. Bu ölkələrdə daha ucuz Çin smartfonları liderlik edir. Analitiklərin sözlərinə görə, "iPhone 7" ən çox satılan smartfon modelidir.

Qeyd edək ki, "Apple" şirkəti sentyabrın 12-də "iPhone 8", "iPhone 8 Plus" və "iPhone X" smartfonlarının təqdimatını nəzərdə tutur. Göstərilən qurğular vasitəsilə bütün "iPhone" modellərinin satış həcminin 1 trilyon dollar səviyyəsini ötəcəyi gözlənilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.