Mobil telefon

ABŞ-da yolu keçərkən SMS yazanlar cərimələnəcək

24 Avqust 2017 08:55
0 Şərh     Baxış: 1 602
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Konnektikut ştatının Stemford şəhərinin yerli hakimiyyəti yoldan keçərkən SMS yazan və bununla da özünü və digərlərini təhlükəyə atan piyadalara cərimə kəsməyi təklifi edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki,  yeni qanun iri küçələrin ətrafında SMS yazan və telefonla danışan piyadalara aid olacaq. Buna bənzər layihə artıq Havay ştatının paytaxtı Honolulu şəhərində qəbul edilib və 2017-ci ilin oktyabrın qüvvəyə minəcək. Bu şəhərdə yolu keçərkən diqqətini smartfona yönəldən və ətrafına baxmayan piyadalar 30 dollar məbləğində cərimələnəcəklər.
 
Ötən il ABŞ-da piyadalar arasında qurbanların sayı 11 faiz artıb və təxminəm 6 min nəfər təşkil edib. Qanun layihəsi Konnektikutda qəbul edilərsə, çox güman ki, bu praktika bütün Amerika Birləşmiş Ştatlarının ərazisində genişlənəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.