Mobil telefon

iPhone 8 belə olacaq

19 Avqust 2017 22:15
1 Şərh     Baxış: 1 752
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Forbes" jurnalının redaktoru Qordon Kelli "iPhone 8" smartfonunun yeni şəkillərini dərc edib. Onun sözlərinə görə, bu, bütün mövcud prototiplər arasında ən müfəssəlidir.
 
"Mən bu prototipin "iPhone 8" smartfonunun yekun dizaynı olduğunu təsdiq edə bilərəm - Kelli yazır. Adi metal parçasından ibarət olan bir çox maketlərdən fərqli olaraq, bu prototip çox müfəssəldir və fabrikdə yüksək keyfiyyətli materiallardan hazırlanıb".
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, smartfonun arxa qapağı simsiz enerjidoldurmanı dəstəkləmək üçün şüşədən hazırlanıb. Həmçinin "iPhone 8" qurğusu 5,8 düymlük çərçivəsiz displeyə malikdir. O, həmçinin təsdiq edib ki, ekranın yuxarı hissəsində dinamik və datçiklərin altında kəsik var. "iPhone 8" smartfonunun ölçüləri "iPhone 7"-dən bir qədər böyükdür.
 
Kelli qeyd edir ki, "Apple" şirkəti doğrudan "Touch ID" barmaq izləri skanerinə malik "Home" düyməsindən imtina etməyi və onu "Face ID" sifət skaneri ilə əvəz etməyi planlaşdırır.
 
"iPhone 8" smartfonu 2017-ci ilin payızında "Apple" şirkətinin illik təqdimatında təqdim ediləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.