Mobil telefon

Samsung alkotesterli smartfon hazırlayır

22 Avqust 2017 08:59
0 Şərh     Baxış: 1 636
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cənubi Koreyanın "Samsung" şirkəti dünyada daxili alkotesterə malik ilk smartfon təqdim edəcək. Bu haqda "Patently Apple" bloqunun saytında məlumat verilib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, ekspertlərin məlumatına görə, ABŞ-ın Patent və Əmtəə Nişanları İdarəsi artıq "Samsung"un alkotester texnologiyasını patentləyib.
 
Müəlliflər tərəfindən "qaz datçiki" kimi təsvir edilən modul istifadəçinin nəfəsini təhlil edərək onun sərxoşluq səviyyəsini ölçmək qabiliyyətinə malikdir. Şirkətin mühəndisləri alkotesteri stilusun daxilinə yerləşdirməyi təklif edirlər ki, bu da smartfonun korpusunda yerə qənaət etməyə imkan verəcək. Patent sənədlərinə əsasən, yeni texnologiya "Galaxy Note" modellərində əlçatan olacaq.
 
Bloqun məlumatına görə, yeni alkotester sürücüləri cərimələrdən və sürücülük hüququnun məhrum edilməsindən qoruyacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.