Mobil telefon

Google Play-də casus tapıldı

19 Avqust 2017 07:41
0 Şərh     Baxış: 1 058
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Lookout" şirkətinin mütəxəssisləri "Google Play" mobil proqramlar mağazasında casus proqram aşkar ediblər.
 
Ekspertlərin sözlərinə görə, hakerlər "Android" mobil əməliyyat sistemi istifadəçiləri üzərində nəzarət imkanına malik olmaq üçün bu proqramı "Google Play" mağazasına bilərəkdən yükləyiblər,
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, ümumilikdə "SonicSpy" proqram təminatının üç casus versiyası aşkar edilib. "Soniac", "Troy Chat" və "Hulk Messenger" təhlükəli proqramlar hesab edilib.
 
"Google" şirkəti artıq "Google Play"-dən zərərverici proqram təminatını silib, amma bir çox istifadəçilər bu proqramları yükləyiblər. Lakin sözügedən proqramlar başqa saytlarda əlçatandır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.