Mobil telefon

Meizu M6 Note təqdim ediləcək

15 Avqust 2017 08:15
0 Şərh     Baxış: 1 621
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sentyabrın 6-da təqdim edilməli olan yeni smartfonun təqdimatı 2 həftə əvvələ keçirilib. Yeni smartfonun təqdimatı ilə bağlı şirkət tərəfindən jurnalistlərə göndərilmiş dəvət "MyDrivers" saytında yerləşdirilib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki,  sözügedən smartfon haqda bir çox məlumat artıq məlumdur.
 
Smartfon "MediaTek Helio P25" (MT6757T) prosessoru, 5,5 düymlük diaqonala malik "Full HD" displeyi, modeldən asılı olaraq 3 və ya 4 QB-lıq əməli yaddaş, 32 və ya 64 QB-lıq fləş yaddaşla təchiz edilib. 3 ədəd kamera olacaq: iki əsas kamera "Sony IMX258" sensoruna malik olacaq. Aparatın korpusu tamamilə metaldan hazırlanıb, akkumulyator batareyasının tutumu 4000 milliamper/saat təşkil edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.