Mobil telefon

“Samsung” yeni smartfonunu rəsmən təqdim edib

12 Avqust 2017 08:21
0 Şərh     Baxış: 2 010
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Samsung" şirkəti tərəfindən təqdim edilən "Galaxy S8 Active" smartfonu qabaqcıl "S8" aparatının daha möhkəm modifikasiyasıdır.
 
Gözlənildiyi kimi, zərbəyə davamlı korpusla təchiz edilmiş qurğu 1,5 metr hündürlükdən yerə düşməyə dayanıqlıdır. İstehsalçı iddia edir ki, smartfonun möhkəmliyi "MIL-STD-810G" hərbi standartına uyğundur. Bundan başqa, aparat "IP68" səviyyəsində su və toza qarşı davamlıdır.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, "S8" istehsal xəttinin özəlliyi sayılan OLED ekran "Quad HD+" (2960x1440 piksel) təsvir ölçüsü və "Corning Gorilla Glass" qoruyucu şüşəsinə malik 5,8 düymlük "Super AMOLED" displeylə əvəz edilib.
 
Yeni aparat "Qualcomm Snapdragon 835" prosessoru, 4 QB-lıq əməli yaddaş və 64 QB-lıq daxili yaddaşla təchiz edilib. Bundan başqa, sözügedən qurğu sürətli enerjidoldurma funksiyasına malik 4000 milliamper/saat tutumlu akkumulyatora, "Bixby" səs köməkçisi dəstəyinə, həmçinin 12 meqapiksellik əsas kamera və 8 meqapiksellik ön kameraya malikdir. Smartfon "Android 7.0 Nougat" mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.