Mobil telefon

Instagram vasitəsilə diaqnoz qoyulacaq

12 Avqust 2017 08:01
2 Şərh     Baxış: 1 070
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Alimlər Endryu Ris və Kristofer Denfort belə qənəatdədirlər ki, "Instagram" sosial şəbəkəsində yerləşdirilmiş şəkillər depressiyanın ağır formasının mövcudluğundan xəbər verə bilər.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, 166 nəfər arasında keçirilmiş araşdırma nəticəsində məlum olub ki, onlardan 71-də depressiya əlamətləri mövcuddur. Araşdırmanın iştirakçıları "Instagram" sosial şəbəkəsindəki 43 min şəkli əlçatan ediblər.
 
İnformasiyanın toplanılması və ilkin əlamətlərin təhlili məqsədilə meta məlumatların (şəkil və fonun rəngi, ətraf mühit üzrə məlumatlar, üz ifadəsinin tanınması) toplanılması metodu seçilib.
 
Bəzi kliniki tədqiqatlar haqda məlumatlardan istifadə edilərək yaradılmış xüsusi proqram təminatı 70% halda ciddi xəstəliyin mövcudluğunu düzgün proqnozlaşdırıb və vaxtında müalicəyə başlamağa imkan verib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.