Mobil telefon

Sharp Aquos S2 smartfonu təqdim olundu

12 Avqust 2017 07:51
0 Şərh     Baxış: 1 355
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Sharp" şirkəti "Aquos S2" smartfonunu təqdim edib.
 
Displey aparatın ön hissəsinin 85%-ni "zəbt edib". Buna baxmayaraq, "Sharp" şirkəti displeyin alt hissəsində fiziki düyməni saxlamağa müvəffəq olub, "Free Form Display" texnologiyası sayəsində ön kamera həmişəki yerində saxlanılıb.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, yapon şirkətinin aparatı 2040x1080 təsvir ölçülü 5,5 düymlük diaqonala malik ekranla təchiz edilib.
 
Smartfon "SoC Snapdragon 630" prosessoru, 4 QB əməli yaddaş və 64 QB-lıq fləş yaddaşa malikdir. Bundan başqa, "microSD" kartından istifadə imkanı mövcuddur. Həmçinin "SoC Snapdragon 660" prosessoru, 6 QB əməli yaddaş və 128 QB fləş yaddaşa malik versiya satışa çıxarılacaq.
 
Əsas kamera ikiqatdır. Datçiklərdən birinin təsvir ölçüsü 12 meqapiksel, digərində isə 8 meqapikseldir. Ön kameranın təsvir ölçüsü, həmçinin 8 meqapikseldir. Akkumulyator batareyasının tutumu 2930 milliamper/saat təşkil edir. "Quick Charge 3.0" texnologiyası dəstəklənir.
 
Aparat "Android 7.1.1" əməliyyat sisteminin idarəetməsi ilə işləyir. Smartfonun ölçüləri 141,8x72x7,9 mm, çəkisi isə 140 qr-dır. Qara, ağ, göy və yaşıl rəngdə əlçatandır. 14 avqust tarixində sözügedən aparat satışa çıxarılacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.