Mobil telefon

Snapchat-a 30 milyard dollarlıq təklif

10 Avqust 2017 08:31
1 Şərh     Baxış: 1 268
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən illərdə "Facebook" tərəfindən edilən 1 milyard dollarlıq təklifi rədd edən "Snapchat"in yaradıcıları bu dəfə çox daha böyük bir təkliflə qarşı-qarşıya qaldı!

Milli.Az technote.az-a istinadən bildirir ki, 2017-ci ilin mart ayında xalqa təqdim olunan Snapchat yəni şirkət adı ilə Snap Inc., bundan bir neçə il əvvəl Facebook tərəfindən edilən 1 milyard dollar təklifi rədd etmiş və qarşılığında da Facebook tərəfindən bütün tətbiqlərinin xüsusiyyətləri kopyalanmaya başlanmışdı.

Business Insider-ın xəbərinə görə mart ayında Google tərəfindən şirkətə tam 30 milyard dollar təklif edildi. Lakin Snapchat-in CEO-su Evan Spiegel bu təklifi də rədd edib.

Snapchat-i satmaq istəmədiyini daha əvvəlki təklifə verdiyi cavabla müəyyən edən Spiegel-in 30 milyard dollar kimi olduqca yüksək bir rəqəmi də rədd etməsi  təəccüblə qarşılandı.

Bu arada Google-un mövzu ilə əlaqədar hər hansı bir açıqlama etmədiyini və Snap Inc. şirkətinin də belə bir təklif olmadığını söylədiyini də bildirməyimiz lazımdır. Lakin ortaya çıxan bu xəbərlər Snap Inc.-in birjadakıdəyərini yüzdə 2.3 nisbətində artırmağı bacardı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.