Mobil telefon

“Galaxy Note 8”in bəzi özəllikləri məlum oldu

3 Avqust 2017 08:51
0 Şərh     Baxış: 1 793
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstehsala hazırlanan "Samsung Galaxy Note 8" smartfonunun bəzi xüsusiyyətləri məlum olub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, istehsalçı şirkət smartfonun kamerasının malik olduğu İSOCELL Dual texnologiyası barədə bəzi məlumatları açıqlayıb. Kamera "Super Zoom" funksiyalı və 5 qat optik artırmalı ikili sensordan ibarətdir. İkili kamera sayəsində sensor işığı daha çox uda bilir və zəif işıqlandırmada keyfiyyətli fotolar çəkir.  
 
Smartfonun "Exynos 8895 SoC" və "Snapdragon 835" prosessoru ilə təchiz olunacağı gözlənilir. Dizayn baxımından "Note 8"in "Galaxy S8"ə çox bənzəyəcəyi deyilir. Fərqlər cüzi olacaq.
 
"Galaxy Note 8"in rəsmi təqdimatı gələn ay gözlənilir. Satışlara avqustun 25-dən başlanacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.