Mobil telefon

Məktəblilər üçün "ağıllı" telefon sabahdan satışda

3 Avqust 2017 08:31
0 Şərh     Baxış: 2 009
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyada "Tona Mobilya" firması yalnız gündüzlər işləyən "ağıllı" telefon istehsal edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, şirkət səlahiyyətliləri "Tona m17" adı verilən və ibtidai siniflərdə təhsil alan uşaqların ekranabaxma müddətini məhdudlaşdırmaq məqsədilə yalnız gündüz saatlarında işləyən telefonun gələn ay satışa çıxaracaqlarını bildiriblər.
 
Cihaz valideynlərin uşaqları ilə gün ərzində ünsiyyət qurmalarını təmin edəcək, həmçinin həddindən artıq istifadə ilə bağlı yan təsirləri aradan qaldıracaq.
 
Yaponiyada avqustun 1-dən etibarən 312 dollara (34 min 800 yen) bazara çıxarılacaq telefonun avtomatik olaraq bağlanması və mesajlaşmanın məhdudlaşdırılması kimi xüsusiyyətləri var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.