Mobil telefon

Qeydiyyatdan keçən domen adlarının sayı 330 milyonu ötdü

25 İyul 2017 08:45
0 Şərh     Baxış: 1 130
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"VeriSign" şirkəti internetin artımı ilə bağlı maraqlı məlumatları dərc edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu ilin birinci rübündə qeydiyyata alınan domen adlarının sayı 2017-ci ilin martın 31-nə olan tarixə təxminən 330,6 milyona çatıb.

Daha çox ad yuxarı səviyyəli .com domenində qeydiyyata alınıb ki, onun da inzibatçısı "VeriSign" şirkətidir. Bu ilin birinci rübünün sonuna olan məlumata görə, onların sayı 128,4 milyon ədəd olub.

Yuxarı səviyyəli domenlər arasında populyarlığına görə .cn domeni var ki, onların da sayı 21,4 milyona çatıb.

Üçüncü yeri .tk domeni tutur - 18,6 milyon ədəd. Sonrakı yeri .de tutur ki, onların da sayı 16,2 milyon ədəddir.
 
İlk beşliyi .net domeni qapayır ki, onun da inzibatçısı "VeriSign" şirkətidir. Bu domendə 15,2 milyon ədəd ad qeydiyyata alınıb.

Rüb ərzində .com və .net domenlərində ümumilikdə 9,5 milyon ədəd domen adı qeydiyyata alınıb.  

Rusiyanın .ru domeni reytinqdə 8-ci yeri tutur. Bu domen 10,6 milyon domen adı ilə qeydiyyatı olan .uk və 10,4 milyon domen adı ilə qeydiyyatdan keçən .org domenlərindən sonra gəlir. Orada 6,4 milyon ədəd domen adı qeydiyyatdan keçib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.