Mobil telefon

LG Q8 smartfonu təqdim edilib

25 İyul 2017 07:22
0 Şərh     Baxış: 1 300
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"LG" şirkəti "V20" modelinin kiçik versiyası hesab edilən "Q8" smartfonunu təqdim edib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, "Gorilla Glass 4" şüşəsi ilə mühafizə olunan "Quantum IPS" ekranının ölçüsü 5,2 düym diaqonal, təsvir ölçüsü "QHD" (2560 x 1440 piksel) təşkil edir. Xatırladaq ki, "LG V20" smartfonunun displeyinin diaqonalı 5,7 düym olmaqla eyni təsvir ölçüsünə malikdir. Ölçüsü kiçik yardımçı ekran da "LG V20"-də olduğu kimi, eyni təsvir ölçülüdür (160 x 1040 piksel).
 
Məlumata görə, "SoC Snapdragon 820" prosessoruna malik qurğu 4 giqabaytlıq operativ, 32 giqabaytlıq quraşdırılmış yaddaş, eləcə də "microSD" çıxışı ilə təchiz edilib.
 
Qoşa əsas kamerada 13 və 8 meqapiksel təsvir ölçülü modullardan istifadə olunub. Optik stabilləşdirmə sistemi ilə təchiz edilən kamera "4K" formatlı video çəkilişini dəstəkləyir. Ön kameranın təsvir ölçüsü 5 meqapikselə bərabərdir və videonu "Full HD" standartında çəkir.  
 
Həmçinin, smartfon "IP68" mühafizə sistemi, "ESS9218" (Quad DAC) rəqəmli-analoq dəyişdiricisinə malik səs alt sistemi, "Android 7.0 Nougat" əməliyyat sistemi və 3 min milliamper/saat tutumlu akkumulyatorla təchiz olunub. Qabarit ölçüsü 149 x 71,9 x 8 millimetrə bərabər qurğunun çəkisi 146 qram təşkil edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.