Mobil telefon

“Apple” əlavə və faylları parolla mühafizə edəcək

20 İyul 2017 07:21
0 Şərh     Baxış: 1 150
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Apple" şirkəti "iOS" əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğuların təkmilləşdirilmiş məlumat mühafizə sistemi üzərində çalışır. Yeni interfeys əlavələrdən və onlarda saxlanılan fayllardan istifadə üçün fərdi parolların quraşdırılması imkanını nəzərdə tutur.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, texnologiya istifadəçilərin fərdi məlumatlarının üçüncü şəxslərin qeyri-qanuni müdaxiləsindən mühafizəsinə imkan verəcək. Bloklama funksiyasının işi tibbi xarakterli informasiyanın olduğu əlavə nümunəsində təsvir edilir.
 
Məlumata görə, ABŞ istehsalçısı proqramların əlavə mühafizə üsulu qismində istifadəçinin sifətini skan etməklə onun şəxsiyyətini təsdiq edəcək ikifaktorlu yoxlama funksiyasının tətbiqini planlaşdırır. Müvafiq texnologiya artıq şirkətin sərəncamındadır və onun "iPhone 8" smartfonunda tətbiqi ehtimal olunur.    
 
Bildirilir ki, hazırda əlavələrin parolla mühafizə funksiyası "iOS" mühitində geniş yayılmayıb. Belə imkan adətən yalnız bank proqramları, eləcə də bəzi mətnli redaktor funksiyaları ilə nəzərdə tutulur. "iOS" üçün parol quraşdırmağa imkan verən yeganə əlavə "Qeydlər" proqramıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.