Mobil telefon

“Vertu” tarixə qovuşur, 200 əməkdaş ixtisar edildi

15 İyul 2017 20:55
1 Şərh     Baxış: 1 397

"Vertu" şirkəti Böyük Britaniyada yerləşən istehsal bölməsini ləğv etmək məcburiyyətində qalıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, buna səbəb maliyyə problemləridir.

Markanın hazırkı sahibi istehsalı xilas etmək cəhdləri göstərib, ancaq onun tərəfindən təklif edilən plan və 1,9 milyon funt sterlinq şirkətin müflis olması ilə bağlı məhkəmə işinə baxan hakimin anlayış nümayiş etdirməsinə səbəb olmayıb.

Bu da olduqca məntiqlidir. Nəzərə alınmalıdır ki, şirkətin büdcə defisiti 128 milyon funt sterlinq təşkil edir. Çox güman ki, istehsalı dayanan "Vertu" tarixə qovuşacaq.

Qeyd edək ki, "Vertu" şirkəti 1998-ci ildə təsis edilib və əvvəldən lüks "Nokia" şirkətinin istehsalı olan marka telefonlar olub. 2012-ci ildə Finlandiya istehsalçısı "Vertu"nu satmaq məcburiyyətində qalıb. O zamandan bəri "Vertu"nun sahibi bir neçə dəfə dəyişib. Sonuncu dəfə bu, ötən ilin mart ayında baş verib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

1 Şərh:

  • Anonim
    bakili · 15 İyul 22:4210

    bizde berk gedenlerin 95 faizi vertu iwledir. Bahali cay evlerinde ciblerinden cixardib az qala adamin gözune soxurlarki bax men vertu iwledirem

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.