Mobil telefon

Bu il “Nokia” 4 yeni smartfon təqdim edəcək

18 İyul 2017 08:55
1 Şərh     Baxış: 1 325
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu ilin sonuna qədər "Nokia" daha 4 yeni smartfon istehsal edəcək.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, nüfuzlu xarici KİV-lər bu barədə xəbər veriblər. 

Finlandiya şirkətinin planına 2017-ci ilin sonuna cəmi 7 ədəd yeni smartfon istehsal etməsi daxildir. Onlardan 3-nün bütün dünya üzrə satışına artıq uğurla start verilib. 

Brendin gələcək flaqmanı yeni "Nokia 9" smartfonu olacaq. Bu smartfon güclü "Snapdragon 835" prosessoru, 13 meqapiksellik iki kamera və 8 Gb əməliyyat yaddaşı ilə təchiz ediləcək. 

Şirkətin digər yenilikləri "Nokia 2", "Nokia 7" və "Nokia 8" modelləri olacaq. Onlar artıq bu il bazara çıxarılacaqlar. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.