Mobil telefon

iPhone 8-də lazer skaner olacaq

18 İyul 2017 08:15
0 Şərh     Baxış: 1 220
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Apple" şirkətinin mühəndisləri "iPhone 8" smartfonunun kamerasının funksionallığını artıracaq üçölçülü lazer skanetmə sisteminin yaradılması üzərində çalışırlar.   

Milli.Az ICTnews-a istinadən bildirir ki, qurğunun əsas kamerasında əlavə reallıqla işdə təsvir dərinliyinin ölçülməsini, eləcə də çəkilişin sürətli avtomatik fokuslamasını təmin edəcək vertikal rezonatorlu səthi şüalanma lazerindən (VCSEL) istifadə olunacaq.
 
Məlumata görə, lazer şüalanma mənbəyindən, obyektiv, sensor və prosessordan ibarətdir. Sistemin qiyməti hər smartfon üçün 2 dollar təşkil edəcək.  
 
Bununla belə, şirkət mühəndislərinin "3D" lazer skanetmə sistemi üzərində işi "iPhone 8" modeli satışa çıxarılanadək başa çatdıra biləcəklərinə əminlik yoxdur. Yeni sistemin 2018-ci ildə işıq üzü görəcəyi gözlənilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.