Mobil telefon

Sabunla yuyula bilən smartfon satışa çıxarılır

15 İyul 2017 19:15
0 Şərh     Baxış: 1 081

Sabunla yuyula biləcək unikal "Fujitsu Arrows M04" smartfonu təqdim edilib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, tərtibatçı şirkət öz məhsulunu məhz belə təqdim edir. Belə imkan mobil cihazın yüksək müdafiə səviyyəsindən irəli gəlir.

"Fujitsu Arrows M04"ü yarım saat müddətinə mayeyə salmaq qorxulu deyil. Cihaz üçün yarım metrlik hündürlükdən düşmək də böyük təhlükə yaratmır. Mobil cihazın ekranını qabyuyan vasitələrlə parlayana qədər təmizləmək mümkündür.

"Fujitsu Arrows M04" ekstremal şəraitdə havanın yüksək temperaturuna da dözməyə qadirdir. Cihazın displeyinin ətrafında metal çərçivə var ki, bu da müdafiəsini daha da möhkəmlədir.

"Fujitsu Arrows M04" smartfonunun ekranının həcmi 5 düym təşkil edir. Onun 1,2 GHrs tezlikdə "Snapdragon 410" çipseti mövcuddur. Telefonun ümumi əməliyyat yaddaşının həcmi 2Gbt təşkil edir. Həmçinin smartfon 13,1 meqapiksel əsas və 5 meqapiksel əlavə kameralarla təchiz edilib.
 
Cihazın bu ilin iyulun 20-də satışa çıxarılacağı bildirilir. Onun qiyməti barədə isə heç bir açıqlama verilmir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.