Mobil telefon

“WhatsApp” və “Twitter” hökumətdən müdafiə oluna bilmir

15 İyul 2017 08:25
0 Şərh     Baxış: 1 085

"Electronic Frontier Foundation" şirkətinin əməkdaşları müxtəlif İT şirkətlərinin məlumatlarının hökumətdən müdafiəsi səviyyəsi ilə bağlı təhlil aparıblar.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, 26 müəssisənin qiymətləndirildiyi meyarlar hökumətlə əlaqədə şəffaflıq, istifadəçilər haqqında məlumatların üçüncü şəxslərə ötürülməsinə qadağa, ABŞ-da dövlət sorğularının qanuniliyinin yoxlanılması və dövlətin ölkə vətəndaşlarını izləməsinə şirkətin münasibəti sahəsində aparılıb.

Təhlilin nəticəsinə əsasən məlum olub ki, istifadəçilər haqqında məlumatların daha az müdafiə səviyyəsi "Microsoft" və "Google" korporasiyalarındadır. Bundan başqa, "Twitter" və "WhatsApp" şirkətləri də bu göstərici üzrə autsayderlər olub.

Mütəxəssislər "Adobe", "Dropbox", "Lyft", "Pinterest", "Uber" və "WordPress" kimi şirkətlərin istifadəçi məlumatlarının təhlükəsizliyini daha yüksək qiymətləndiriblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.