Mobil telefon

Ucuz ZTE Grand X View 2 təqdim olundu

15 İyul 2017 08:59
0 Şərh     Baxış: 1 027

"ZTE" şirkəti dördüncü nəsil mobil rabitəni (LTE) dəstəkləyən "Grand X View 2" adlı ucuz planşet kompüterini təqdim edib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni qurğu 1280x800 təsvir ölçülü displey və 1,3 QHs takt tezlikli dördnüvəli "Qualcomm Snapdragon 210" prosessorla təchiz edilib. Əməli  və daxili yaddaşın tutumu müvafiq olaraq 1 və 8 QB təşkil edir. 128 QB-dək tutumlu çıxarılıb taxılan "microSD" daşıyıcılarının qoşulması mümkündür.

Əsas kameranın təsvir ölçüsü 5 meqapikseldir və işıq diodu işıqlandırıcısına malikdir. Ön kameranın təsvir ölçüsü 2 meqapikseldir. "4G LTE", "Wi-Fi 802.11 b/g/n" və "Bluetooth 4.1" simsiz rabitə modulları dəstəklənir.
 
Akkumulyator batareyasının tutumu 4620 milliamper/saat təşkil edir və qurğu "Android Nougat 7.1.1" mobil əməliyyat sisteminin idarəetməsi altında işləyir.
 
İlk öncə Kanadada satışa çıxarılacaq "ZTE Grand X View 2" modelinin qiyməti 180 Kanada dolları (təxminən 140 ABŞ dolları) təşkil edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.