Mobil telefon

Gözdən əlillər üçün mobil əlavə - VİDEO

15 İyul 2017 08:41
0 Şərh     Baxış: 1 200
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Microsoft" korporasiyası gözdən əlillər və zəif görən insanlar üçün gündəlik həyatda yardımçı rolunu oynayacaq "Seeing AI" mobil proqramını təqdim edib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, işində kompüter təlimi alqoritmlərinin istifadə olunduğu əlavə insanları və onların emosiyalarını tanımağa, mətni oxumağa, pul əskinaslarını və sənədləri müəyyənləşdirməyə, məhsulların üzərindəki ştrix-kodlar haqqında informasiya öyrənməyə, fotoşəkilləri hiss etməyə imkan verir.
 
Məlumata görə, kamera üçün intellektual əlavə istifadəçiyə smartfonu qarşısında saxlayaraq ətrafdakı dünya haqqında informasiyanı dinləməyə şərait yaradır.
 
Vizual obrazların tanınması yenilik olmasa da, "Microsoft" texnologiyanı əhəmiyyətli dərəcədə təkmilləşdirib. Məsələn, gözü zəif görən istifadəçi kameranı sənədin üzərinə yönəldən zaman proqram ona kameraya bütün mətnin düşməsi üçün kadrın düzləndirilməsi ilə bağlı tövsiyələr verəcək.
"Seeing AI" prototipi ilk dəfə 2016-cı ilin martında "Build" konfransında nümayiş olunmasına baxmayaraq proqramı iyulun 12-dən etibarən "App Store" mağazasından pulsuz yükləmək mümkündür.  
 
Hazırda əlavəni yükləmək imkanından ABŞ, Kanada, Hindistan, Honkonq, Yeni Zelandiya və Sinqapur istifadəçiləri yararlanır. Mütəxəssislərin sözlərinə görə, tezliklə "Seeing AI" proqramını digər ölkələrdə də yükləmək mümkün olacaq.
 
"Microsoft" korporasiyası tərəfindən əlavənin "Android" əməliyyat sistemli qurğular üçün versiyasının buraxılacağı barədə məlumat verilmir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.