Mobil telefon

Şantajçı virus Android-li smartfonları təhdid edir

15 İyul 2017 08:31
0 Şərh     Baxış: 806

"McAfee" antivirus şirkəti "Android" sistemi ilə işləyən qurğuları yoluxduran yeni təhlükəli virusun peyda olması haqda xəbərdarlıq edib. Onlarla ölkənin ən nəhəng şirkətlərində kompüterlərin işini iflic etmiş "Petya" troyanından fərqli olaraq, yeni zərərverici proqram təminatı faylları şifrləmir, əksinə, onları istifadəçinin dostlarına göndərməklə hədələyir.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, "LeakerLocker" adlı şantaj edən virus "Android" sistemi ilə işləyən smartfondakı məxfi informasiyanın ("Chrome" brauzerində baxışların tarixçəsi, SMS və zənglər, "Facebook"da mesajlar, şəkillər, ünvan kitabçası və sairə) surətini çıxardıqdan sonra həmin məlumatları istifadəçinin bütün kontaktlarına göndərir. Qurbana tələb edilən məbləği ödəmək üçün 72 saat vaxt verilir.
 
"McAfee" şirkətinin məlumatına görə, "LeakerLocker" virusu "Google Play" mağazasında əlçatan olan "Wallpapers Blur HD" (5-10 min yüklənmə) və "Booster & Cleaner Pro" (1-5 min yüklənmə) proqramlarının arxasında maskalanır. İnternet nəhəngi bu vəziyyəti araşdırdığını bildirib.
Ekspertlər tələb olunan məbləği ödəməməyi tövsiyə ediblər, çünki hakerlərin maliyyələşdirilməsi yoluxma sayının çoxalması ilə nəticələnəcək. Bundan başqa, məxfi informasiyadan yenidən şantaj məqsədilə istifadəyə dair heç bir zəmanət yoxdur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.