Mobil telefon

500 milyon smartfon təhlükədədir

15 İyul 2017 07:33
0 Şərh     Baxış: 969
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Palo Alto Networks" şirkətinin mütəxəssisləri tərəfindən aşkar edilmiş yeni troyan "Andriod" mobil əməliyyat sistemi ilə işləyən 500 milyon smartfonu təhdid edir. "SpyDealer" troyan proqramı ən müxtəlif messencerlərdən fərdi məlumatları oğurlaya, həmçinin danışıqları yaza, SMS mesajları ələ keçirə və qurğunun kamerası ilə şəkillər çəkə bilir.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, zərərverici proqram təminatı "Google Play Store" vasitəsilə deyil, "GoogleService" və "GoogleUpdate" proqramları, həmçinin müxtəlif ictimai yerlərdə müdaxilə edilmiş "Wi-Fi" qoşulmalar vasitəsilə yayılır.
 
"SpyDealer" troyanı quraşdırıldıqdan sonra qurğuda yükləmələri, həmçinin simsiz qoşulmanın statusunu izləməyə başlayır. Troyan proqramı SMS mesajların köməyi ilə kənar serverdən idarəetmə komandaları ala bilər. Nəticədə troyan fərdi məlumatları, həmçinin telefon nömrəsi, IMEI, IMSI məlumatlarını, SMS və MMS mesajlarını, kontakt siyahısını, telefon zənglərinin tarixçəsini, coğrafi mövqe və cari "Wi-Fi" qoşulmaları haqda informasiyanı toplayaraq serverlərə göndərir. "SpyDealer" troyanı mesajları oğurlamaq üçün "Android" sisteminin "AccessibilityService" funksiyasından istifadə edir.
 
Bundan başqa, sözügedən troyan populyar messencerlərdən (WeChat, WhatsApp, Skype, Line, Viber, QQ, Tango, Telegram, Sina Weibo, Tencent Weibo), "Android" brauzerindən, "Facebook"un mobil tətbiqindən, "Firefox" və "Oupeng" brauzerlərindən, "QQ Mail", "NetEase Mail", "Taobao" poçt kliyentlərindən məlumatları oğurlayır. Həmçinin  müəyyən nömrədən telefon zənglərini qəbul edə, danışıqları yaza, smartfonun hər iki kamerasının köməyi ilə ekran görüntüləri və şəkillər çəkə bilər.
 
Troyan proqramı "Android 2.2.x- 4.4.x" əməliyyat sistemləri ilə işləyən qurğulara daha çox zərər vura bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.