Mobil telefon

Fujitsu təhlükəsiz smartfon hazırlayıb

15 İyul 2017 07:11
0 Şərh     Baxış: 1 142
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyanın "Fujitsu" şirkəti tərəfindən təqdim edilmiş "Arrows M04" smartfonu yüksək təhlükəsizlik səviyyəsinə malikdir.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, qurğu "IP65/68" (cihaz su və toza qarşı, həmçinin 1,5 metr  hündürlükdən yerə düşməyə dayanıqlıdır) və "MIL-STD-810G" sertifikatlarına malikdir. Sonuncu sertifikat ekstremal temperatur, qum tufanları, donma və günəş radiasiyasının təsirindən qorumanı nəzərdə tutur. Bundan başqa, istehsalçının məlumatına görə, çimərkən "Arrows M04" smartfonundan cəsarətlə istifadə etmək olar. Hətta cihazı yuyucu vasitələrlə yumaq olar.
 
Smartfon "Qualcomm Snapdragon 410" prosessoru, 2 QB-lıq əməli və 16 QB-lıq daxili yaddaş, 2 ədəd kamera (13,1 və 5 meqapiksellik) və 2580 milliamper/saat tutumunda akkumulyator batareyası ilə təchiz edilib.
 
5 düymlük displeyin təsvir ölçüsü 1280x720 piksel təşkil edir. 8 mm-lik aparatın qalınlığı 148 qramdır. Həmçinin teleskopik televizor antenasının mövcudluğunu  qeyd etmək lazımdır.
 
Hazırda "Fujitsu Arrows M04" modelinin satışa çıxarılma tarixi və qiyməti məlum deyil.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.