Mobil telefon

Hələ anons edilməyən “iPhone 8” satışa çıxarıldı - QİYMƏT

11 İyul 2017 19:43
0 Şərh     Baxış: 1 903
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çində hələ anons edilməmiş "iPhone 8" smartfonunun klonu yaradılıb. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, artıq Çin smartfonunun sınaq videosu şəbəkəyə sızdırılıb. 

Bu cihaz "Android 6" əməliyyat sistemi ilə işləyir. Onun interfeysi isə tam olaraq iOS əməliyyat sisteminin əslinə oxşayır. 

İstənilən arzu edən şəxs bu cihazı cəmi 100 dollara əldə edə bilər. Videoya görə, smartfon bir sıra çatışmazlıqlara malikdir. Belə ki, kameralardan birinin yerinə dəlik quraşdırılıb.  

Xatırladaq ki, bu ilin payızında "Apple"in illik təqdimatında yeni "iPhone 8" təqdim olunacaq. Gözlənilir ki, yeni smartfonda 5,8 düym həcmində 521 ppi tam pikselli OLED displey quraşdırılacaq. Şayiələrə görə, cihaz simsiz enerji doldurulması ilə təchiz ediləcək. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.