Mobil telefon

Mobil siqnallar havadan xəbər verəcək

13 İyul 2017 08:15
0 Şərh     Baxış: 555

Sinoptiklər 2020-ci ilədək mobil telefon siqnallarından istifadə etməklə yağıntının miqdarını proqnozlaşdıra biləcəklər. Yeni texnologiyadan Böyük Britaniyanın Meteorologiya Xidməti (Met Office) istifadə etməyi planlaşdırır.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, texnologiya bu prinsip üzrə işləyir: mobil rabitə qüllələrinin ötürdüyü yüksəktezlikli radiodalğaları havada yağış damcıları udur. Bu isə o deməkdir ki, siqnal səviyyəsi qüllələr arasında düşən yağıntının miqdarından asılı olaraq dəyişir. Bu məlumatlardan istifadə edən sinoptiklər kiçik ərazilər üçün havanı izləyərək proqnoz verə biləcəklər. Ekspertlərin sözlərinə görə, proqnozun dəqiqliyi 2020-ci ildə Britaniyada "5G" mobil rabitə şəbəkəsi istifadəyə verilən zaman maksimum səviyyəyə çatacaq.
 
Meteoroloji xidmətin elmi əməkdaşı Malkolm Kitçin bildirib ki, yeni "5G" şəbəkəsi daha yüksək baza stansiya sıxlığına və daha yüksək tezliklərə malik olacaq. "Bu, bizə yağıntının miqdarı barədə ətraflı məlumat verə bilər", - o vurğulayıb.
"Met Office" mütəxəssisləri yeni üsuldan ənənəvi meteoroloji stansiyalara əlavə qismində istifadəni planlaşdırırlar. Həmçinin, onlar gələcəkdə avtomobillərdə temperatur cihazlarının topladığı informasiyadan yararlanmağı ümid edirlər.
 
Qeyd edək ki, hazırda sinoptiklər dünyada yerləşən meteostansiya şəbəkəsindən daxil olan informasiyanı yığmaqla məşğuldurlar. Lakin ortamüddətli proqnozların (36 saatdan 1 sutkayadək) dəqiqliyi 65 faizə yaxındır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.