Mobil telefon

“Zeiss” optikası yenidən “Nokia”ya qayıdır

13 İyul 2017 07:11
0 Şərh     Baxış: 1 102
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Finlandiyanın "HMD Global" şirkəti smartfonlar sənayesində yeni çəkiliş standartlarının qurulması məqsədilə Almaniyanın "Zeiss" istehsalçısı ilə uzunmüddətli əməkdaşlıq haqqında saziş imzalayıb.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, "Zeiss Group" idarə heyətinin üzvü Mattias Mesin sözlərinə görə, şirkətlər arasında "Nokia" smartfonları üzərində iş üçün əməkdaşlıq istehlakçıları təsvirlə işdə yeni innovativ və keyfiyyətli yanaşma ilə təəccübləndirəcək. "Əməkdaşlığımız uzunmüddətli birgə fəaliyyətə əsaslanır və biz birlikdə mobil çəkiliş sahəsində ən cəsarətli innovasiyalara hazırıq", - o bildirib.
 
Xatırladaq ki, "Nokia" 2004-cü ildən "Zeiss" ilə əməkdaşlıq edib. 2005-ci ildə "Zeiss" optikasının quraşdırıldığı "Nokia N" seriyalı ilk telefonlar buraxılıb. Sonradan optikadan "Lumia" smartfonlarının "PureView" kamerasında istifadə olunub. Məşhur modellərdən 41 meqapikselli "Nokia 808 PureView" və eyni təsvir ölçülü "Lumia 1020" modellərini qeyd etmək olar.
 
Qeyd edək ki, "HMD Global" və "Zeiss" arasında əməkdaşlığın eksklüziv xarakter daşımasına görə Almaniya şirkətinin optikasından yalnız "Nokia" qurğularında istifadə ediləcək.
 
"Zeiss" optikalı smartfonların buraxılma müddəti barədə məlumat verilmir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.