Mobil telefon

“Samsung” bərpa etdiyi “Galaxy Note 7”ni satışa çıxardı

11 İyul 2017 08:15
1 Şərh     Baxış: 1 164
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Samsung" şirkəti bərpa etdiyi "Galaxy Note 7" smartfonunu bu gündən satışa çıxarıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, cihazın qiyməti orijinalla müqayisədə 30 faiz ucuz - 611 dollardır. "Samsung" ümumilikdə 400 min ədəd bərpa olunmuş "Note 7" satmağı planlaşdırır.
 
Texniki xüsusiyyətlərinə gəldikdə, "Note FE"nin "Note 7"dən əsas fərqi batareyanın həcmindədir. Belə ki, batareyanın həcmi 3500 mAs-dan 3200-ə qədər azaldılıb. Bundan başqa, köhnə-yeni smartfona "Bixby" səs köməkçisi funksiyası əlavə olunub. Opetariv yaddaşı 4 Gb-dır.
 
Xatırladaq ki, öz-özünə alışıb yanması və partlaması ilə əlaqədar "Samsung Galaxy Note 7" smartfonları bazardan yığışdırılmış və istehsalı dayandırılmışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.