Mobil telefon

Metal korpuslu ZTE Blade V7 Plus təqdim olundu

11 İyul 2017 08:31
0 Şərh     Baxış: 740

"ZTE Blade V7 Plus" smartfonu rəsmən təqdim edilib. Orta səviyyəli qurğular sinfinə məxsus yeni cihaz metal korpusla təchiz edilib.

"ZTE Blade V7 Plus" 1920x1080 piksel (Full HD) təsvir ölçülü 5,2 düymlük ekran, 1,3 QHs takt tezlikli 8 nüvəli "MediaTek MT6753" prosessoru ilə təchiz edilib və "Android 6.0 Marshmallow" əməliyyat sistemi ilə idarə olunur. "Mali T720-MP3" çipi qrafikanın canlandırılmasında istifadə olunur.

Əməli və daxili yaddaşın tutumu müvafiq olaraq 3 və 16 QB təşkil edir. Sonuncunun tutumunu "microSD" slotuna taxılan daşıyıcının köməyi ilə artırmaq olar, həmçinin sözügedən slot hibriddir: ora "SIM" kart da taxmaq mümkündür.

Əsas kameranın təsvir ölçüsü 13 meqapikseldir və "LED" işıqlandırıcı ilə təchiz edilib. Ön kameranın təsvir ölçüsü 5 meqapikseldir.

Smartfon 2540 milliamper/saat tutumunda akkumulyator batareyası ilə təchiz edilib. FM radioqəbuledici, barmaq izlərinin skaneri, "Wi-Fi 802.11 b/g/n", "Bluetooth 4.0", "NFC" və "GPS" simsiz rabitə modulları mövcuddur.

"ZTE Blade V7 Plus" smartfonu boz və qızılı rəngli korpuslarda satışa çıxarılacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.