Mobil telefon

Samsung Galaxy On Max-ı təqdim edib

11 İyul 2017 07:11
0 Şərh     Baxış: 848

Cənubi Koreyanın "Samsung" şirkəti yeni "Galaxy On Max" smartfonunu rəsmən təqdim edib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni smartfon ötən ay təqdim edilmiş "Galaxy J7 Max" cihazı ilə oxşar olsa da,  bir sıra fərqlər var.
 
"Samsung Galaxy On Max" smartfonu metal korpusa malikdir, 5.7 düymlük "Full HD" təsvir ölçülü 2.5D IPS ekran, 8 nüvəli "MediaTek Helio P20" çipi, 4 QB-lıq əməli yaddaş və 32 QB-lıq daxili yaddaş ilə təchiz edilib və 256 QB-dək tutumda "microSD" kart dəstəyinə malikdir.
 
"Home" düyməsinə barmaq izlərinin skaneri qurulub, akkumulyator batareyasının tutumu 3300 milliamper/saat təşkil edir, 13 meqapiksellik əsas və ön kamera mövcuddur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.