Mobil telefon

“Xiaomi” və “Nokia” patent sazişi imzaladılar

9 İyul 2017 19:50
0 Şərh     Baxış: 817
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mobil texnologiyalar sayəsində olan iki brend -"Nokia" və "Xiaomi" şirkətləri saziş imzalayıb.

İKT.lent.az-ın Vistanews.ru saytına istinadən məlumatına görə, sazişə əsasən şirkətlər bir-birinin texnologiyasından istifadə edə biləcəklər.
 
Razılaşma brendlərə optik şəbəkələrdəki əsas patentlərə açıq çıxış və ən öndəgedən prosessorların bazasında İP-marşrutlaşmasını həyata keçirmək imkanı verəcək.

Hər iki şirkət hazırda populyarlıq qazanmaqda olan əlavə virtual reallıq və mümkün qədəri ilə telefonda tətbiq ediləcək süni intellekt sahəsində əməkdaşlıq etməyi planlaşdırır. Razılaşmanın maliyyə tərəfi barədə heç bir şey məlum deyil.

Hazırda "Nokia" şirkəti mobil telefonlar istehsal edir. Ancaq bununla belə, mobil cihazlarla bağlı iri patentləri özündə saxlayır. Onlara çıxış əldə etmək üçün "Apple" və "Microsoft" kimi bəzi dünya korporasiyaları Finlandiya şirkəti ilə əməkdaşlıq müqavilələri imzalayıblar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.