Mobil telefon

“iPhone”u 5 dəqiqəyə necə doldurmaq olar?

8 İyul 2017 08:55
0 Şərh     Baxış: 1 132

"Apple" smartfonlarını cəmi 5 dəqiqəyə enerji ilə doldurmaq mümkündür.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, belə bir nəticəyə elektron cihazlar sahəsindəki mütəxəssislər gəliblər.
 
Enerji ilə tez doldurulmanın yeni metodu ancaq yeni cihazlara, xüsusilə də "iPhone 6" və "iPhone 7" smartfonlarına aiddir.

Mütəxəssislər qeyd edirlər ki, ilk növbədə cihazın vəziyyətini yoxlamaq lazımdır. Onlar necə istifadə edildiyini və enerji necə doldurulduğunu müəyyən etməyi məsləhət görürlər. 

Ən tez enerji ilə dolmanı divara bərkidilmiş "iPadPro" cihazı təmin edə bilər. Enerji ilə doldurulma zamanı isə "iPhone"u aviarejimə keçirmək lazımdır ki, artıq enerji istifadəsi baş verməsin.

Maraqlıdır ki, mütəxəssislər cihaz enerji ilə doldurulan zaman ekranının qoşulmasını da məsləhət görmürlər. Onların sözlərinə görə, bu zaman "iPhone" smartfonlarını cəmi bir neçə dəqiqə ərzində tam doldurmaq mümkündür.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.