Mobil telefon

Ən güclü akkumulyatorlu smartfon təqdim olundu - VİDEO - FOTO

20 İyun 2017 08:05
0 Şərh     Baxış: 1 136

"Lenovo" şirkəti tərəfindən hazırlanmış "Moto E4" və "E4 Plus" smartfonları rəsmi təqdim edilib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Moto E4 Plus" modeli 5000 milliamper/saat tutumunda batareya ilə təchiz edilib. İstehsalçının sözlərinə görə, smartfon adi rejimdə iki gün ərzində avtonom işləyir. Bundan başqa, telefon 1280x720 nöqtə təsvir ölçülü 5,5 düymlük diaqonala malik ekranla təchiz edilib. Əməli yaddaşın tutumu 3 QB, daxili yaddaşın tutumu isə 16 və ya 32 QB təşkil edir. Əsas kameranın təsvir ölçüsü 13 meqapiksel, ön kamerada isə 5 meqapikseldir, hər iki kamerada "LED" işıqlandırıcı mövcuddur.

"Moto E4" modeli 5 düymlük "HD" təsvir ölçülü ekran, metal korpus və 2800 milliamper/saat tutumunda akkumulyatorla təchiz edilib. Smartfon 8 meqapiksellik əsas kamera, 1,3 QHs takt tezlikli dördnüvəli "MediaTek MT6737" prosessoru, 2 QB-lıq əməli yaddaş və 16 QB-lıq daxili fləş yaddaşla təchiz edilib.

Hər iki model metal korpusa malikdir, iki SİM kart, barmaq izi skanerini dəstəkləyir və "Android 7.1.1 Nougat ƏS" mobil sisteminin idarəetməsi altında işləyir.

2017-ci ilin iyulunda "Moto E4" və "Moto E4 Plus" modellərinin satışına başlanılacaq. Smartfonların qiyməti müvafiq olaraq 129 və 179 dollardır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.