Mobil telefon

iPhone 8-in özəllikləri açıqlandı

20 İyun 2017 07:41
0 Şərh     Baxış: 1 459
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanda "iPhone" smartfonlarının istehsalı ilə məşğul olan Tayvanın "Wistron" şirkətinin baş direktoru Robert Hvanq "Apple" şirkətinin yeni smartfonu haqda bəzi şayiələri təsdiq edib. Bu haqda "Nikkei Asian Review" nəşri yazır.
Milli.Az ICTnews-a istinadən bildirir ki, onun sözlərinə görə, yeni "iPhone" smartfonu sukeçirməz korpusla təchiz ediləcək. Bundan başqa, Hvanq cihazın simsiz enerjidoldurma sistemi ilə təchiz edilməsi ilə bağlı yayılmış şayiələri təsdiqləyib.

"iPhone smartfonunun quraşdırma prosesi əvvəlki nəsillərlə müqayisədə çox dəyişməyib, hərçənd sukeçirməzlik və simsiz enerjidoldurma kimi yeni funksiyalar bir qədər başqa test tələb edir" -  "Wistron" şirkətinin direktoru deyib.

Yeni "iPhone" smartfonu  2017-ci ilin payızında "Apple" şirkətinin illik təqdimatında təqdim ediləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.