Mobil telefon

Bu smartfon 1 günə 350 mindən artıq sifariş topladı

17 İyun 2017 08:51
0 Şərh     Baxış: 1 558
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən təqdim edilən "Huawei Honor 9" smartfonu istehlakçılar arasında ciddi maraq yaradıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, buna sübut bu smartfonu əldə etmək üçün müraciətlərin sayıdır.
 
Bir sutkadan az vaxtda ancaq JD.com resursunda 350 mindən artıq müraciət olub. Ancaq bu yeniliyi "Vmall" və daha 6 mağazada da əldə etmək mümkündür.

Heç də bütün müraciətlər real sifarişlərə çevrilməsə də, "Honor 9" artıq indidən ən uğurlu məhsul olmağa şanslıdır.

Xatırladaq ki, smartfonun 64 Gb yaddaşlı versiyasının Çində satış qiymətləri 400 dollardan başlayır. 128 Gb yaddaşlı versiyası isə 440 dollar qiymətləndirilib. "Huawei Honor 9" smartfonlarının real satışlarına iyunun 16-dan başlanacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.