Mobil telefon

“Pixel” və “Nexus” nə zaman "susacaq"?

15 İyun 2017 08:59
0 Şərh     Baxış: 863

"Google" şirkətinin rəsmi bloqunda bütün işlək smartfonların texniki dəstək qrafiki dərc edilib. "Pixel" və "Nexus" istehsal xəttindən olan smartfonların buraxılışının dayandırılması ilə birlikdə onlara texniki dəstəyin göstərilməsi də sona yetəcək.

Milli.Az ICTnews-a istinadən bildirir ki, hazırkı qabaqcıl "Google Pixel" və "Google Pixel XL" modellərinin proqram təminatı 2018-ci ilin oktyabrınadək yenilənəcək. Həmçinin, onlar üçün təhlükəsizlik yeniləmələri 2019-cu ilin oktyabrınadək buraxılacaq. Qurğuların texniki dəstəyi də həmin dövrdə başa çatacaq.

Şirkətin əvvəlki qabaqcıl modelləri - "Google Nexus 6P" və "Google Nexus 5X" üçün hərtərəfli dəstək 2018-ci ilin sentyabrında dayandırılacaq.

"Google Nexus 6" və "Google Nexus 9" modelləri üçün yeniləmələrin və dəstəyin 2017-ci ilin oktyabrınadək həyata keçirilməsi nəzərdə tutulur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.