Mobil telefon

“Apple”in ən gözəl əlavələr SİYAHIsı

13 İyun 2017 08:59
0 Şərh     Baxış: 997

"Apple" şirkəti iOS əməliyyat sistemində ən gözəl əlavələrin siyahısını yeniləyib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, mütəxəssislər bu reytinqdə "Splitter Critters" proqramını lider seçib.
 
Yeni nəsil oyun olan "Splitter Critters" daha əvvəl başqa cür adlanırdı, ancaq analoji struktura malik idi. Proqramın yeni versiyası təxminən bir il əvvəl istifadəyə verilib və "Almalı cihazlar"ın istifadəçiləri arasında böyük populyarlıq qazanıb. Son beş ay ərzində bu oyun 3 milyon dəfədən artıq yüklənib. O zaman oyunun tərtibatı ilə "RAC7 Games" studiyası məşğul olub.

Ən rəngarəng əlavələrin siyahısında ikinci yerdə "Untame" şirkətinin istehsal etdiyi "Mushroom 11" oyunu qərarlaşıb. Fəxri üçüncü yeri isə "Severed ot Drinkbox Studios" əlavəsi tutub. Sonuncusu unikal interfeysə malikdir və "Android" əməliyyat sistemində virtual reallıq eynəkləri ilə işləyir. Tərtibatçılar qeyd ediblər ki, analoji variantın iOS proqramları üçün də tətbiq olunması nəzərdə tutulub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.