Mobil telefon

Yeni mühafizəli smartfon nümayiş olunub

13 İyun 2017 08:21
0 Şərh     Baxış: 1 500
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni mühafizəli "Blackview BV8000 Pro" smartfonu öz sinfində ən güclü qurğular adına iddialıdır.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, 2,3 qiqahers takt tezlikli səkkiznüvəli "MediaTek Helio P20" prosessorunun əsasında işləyən smartfonun operativ yaddaşı 6 giqabayt, quraşdırılmış yaddaşı 64 giqabayt təşkil edir. Korpusu "IP68" standartı üzrə mühafizə olunan yeni qurğu su, kir, toz keçirmir, eləcə də zərbələrə və əldən düşmələrə davamlıdır.  
 
Məlumata görə, smartfon 1920x1080 piksel təsvir ölçülü 5 düymlü "Gorilla Glass 3" qoruyucu şüşəsinə malik ekranla təchiz edilib. Kameralar müvafiq olaraq 16 və 8 meqapiksellidir. Qurğuda, həmçinin "GPS/GLONASS", "Wi-Fi", "Bluetooth 4.0", "NFC" modulları, "USB Type-C" portu, qulaqcıq üçün 3,5 millimetrlik çıxış quraşdırılıb. Akkumulyatorun tutumu 4180 milliamper/saata bərabər smartfon 2 SİM kartın işini dəstəkləyir.
 
"Blackview BV8000 Pro" smartfonunun təxmini qiyməti 260 dollar təşkil edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.