Mobil telefon

iPhone-larda elektron SİM kartlar olacaq

18 May 2017 08:25
0 Şərh     Baxış: 1 164
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Elektron SİM kartların "iPad" və bir sıra "Əşyalar interneti" qurğularında istifadə olunmasına baxmayaraq "iPhone" smartfonları indiyədək onlarla təchiz edilməyib. "IHS" analitik şirkəti isə 2019-cu ilədək "Apple" smartfon modellərində "e-SIM"-lərin quraşdırılacağını açıqlayıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, analitik şirkətin qiymətləndirməsinə görə, 2021-ci ildə elektron SİM kartların sayı 2016-cı ildəki 108,9 milyona nisbətdə 986 milyonadək artacaq. Hazırda "e-SIM"-in quraşdırıldığı smartfon modeli mövcud olmasa da, daşınan qurğular, "Əşyalar interneti" qurğu və elementləri quraşdırılmış SİM kartlarla təchiz edilir.

Məlumata görə, "e-SIM" sahəsində başqa istehsalçılarla müqayisədə daha irəliyə gedən "Microsoft" korporasiyası "Gemalto" şirkəti ilə əməkdaşlıqda "Windows 10" əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğuları quraşdırılmış SİM kartlarla təchiz etməyi planlaşdırsa da, bunu həyata keçirə bilməyib və miras kimi internet paketlərini satın almağa imkan verən proqramlar qalıb.

Bildirilir ki, quraşdırılmış SİM kart "iPhone" sahibinə operator və tarif planını müstəqil seçməyə imkan verəcək, lakin seçimə nəzarəti qurğu istehsalçısı həyata keçirəcək. Bu isə o deməkdir ki, "Apple" operatorlarla tarif satıcısı qismində danışıqlara başlamalıdır.

Hazırda "e-SIM"-dən yalnız "iPad" planşetində geniş istifadə olunur. "Apple SIM" sayəsində planşet dünyanın 140 ölkə və regionunda şəbəkəyə qoşulur. Yerində qoşulmaq üçün birbaşa qurğuda lazımi müddət üçün qüvvədə olan tarif planını seçmək kifayət edir.

İlkin mərhələdə "e-SIM" brend operator smartfonları seqmentində tətbiq oluna bilər. SİM kart üçün çıxışın olmaması mobil rabitə operatoruna qurğu sahibinin onun xidmətlərindən istifadə edəcəyinə, blokdan çıxarma kodunu daxil etməyəcəyinə və rəqib şirkətə keçməyəcəyinə zəmanət verir. Lakin "e-SIM"-in bu gün baha olması ondan ucuz qurğularda istifadəyə imkan vermir, operatorlar isə öz brendləri ilə bahalı smartfonların istehsalı ilə məşğul olmurlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.