Mobil telefon

Bu kamera sahibini tanıyır

18 May 2017 08:31
0 Şərh     Baxış: 856

"Android" mobil əməliyyat sisteminin yaradıcısı Endi Rubi tərəfindən maliyyələşdirilən "Lighthouse" startapının məhsulu olan təhlükəsizlik kamerası insan və ev heyvanlarının sifətini tanıya bilir. "3D görüntü" texnologiyası sayəsində qurğu evə kimin daxil olduğu və nə etdiyini müəyyənləşdirir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Lighthouse" cihazı gecəgörmə və 1080p formatında video çəkilişi funksiyalarına, dinamik, mikrofon, sirena, həmçinin canlı və cansız obyektlər arasında fərqi müəyyənləşdirən 3D datçikə malik RGB kamera ilə təchiz edilib.

Cihaz müxtəlif vəziyyətlər haqda xəbərdarlıqların göndərilməsi üçün  proqramlaşdırıla bilər.

Sifətin tanınmasına süni intellekt sistemi məsuliyyət daşıyır. Lakin sistemin ailənin bir üzvünü digərindən nə dərəcədə ayırması məlum deyil. Bundan başqa, kamera informasiyanı "bank səviyyəsində" şifrləyir. Məlumatlar 30 gün ərzində saxlanılır, bundan sonra avtomatik silinir.

ABŞ-da sözügedən cihazı 399 dollara ilkin sifariş etmək mümkündür. Sentyabrda kameranın tədarükünə başlanacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.